“Karvan”ın 5 oyunluq cəzalanan baş məşqçisi: "Qərardan apellyasiya şikayəti verəcəyik"

“Karvan”ın 5 oyunluq cəzalanan baş məşqçisi: "Qərardan apellyasiya şikayəti verəcəyik"

Əlbəttə, qərardan apellyasiya şikayəti verəcəyik.

Bunu “Report”a açıqlamasında Azərbaycan I Liqasında çıxış edən “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov VIII turda “Qəbələ” ilə baş tutan matçdan sonra AFFA İntizam Komitəsi tərəfindən cəzalanmasına münasibət bildirərkən deyib.

Mütəxəssis 2-si şərti olmaqla aldığı 5 oyunluq cəzanı ədalətsiz hesab edib:

“Bizi dayandırmaq üçün hər şeyə əl atırlar. Cəzalanmalı olmayan futbolçuları cəzalandırırlar. Söz tapıb deyə bilmirəm. Hakimlə bağlı heç bir tədbir görmədilər. Əvəzində cəzalarla bizi əzdilər və komandanın “belini qırdılar”.

Baş məşqçi haqlarının yeyildiyini vurğulayıb:

“Əlbəttə, qərardan apellyasiya şikayəti verəcəyik. Çünki hər şeyin səbəbkarı baş hakim Tural Qurbanovdur. O qaldı kənarda, xal və turnir cədvəlində liderlik mövqeyini itirən biz olduq. Halbuki hakimə heç bir fiziki təzyiq olmamışdı. Oyun zamanı ikinci penalti epizodunda futbolçumuz yalvardı ki, penalti versin. Ancaq hakim onu sarı vərəqə ilə cəzalandırdı. Buna ad vermək mümkün deyil. Komandanı belə əzmək olmaz”.

Qeyd edək ki, Kənan Kərimov “Qəbələ” ilə görüşdən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Baş məşqçinin bu hərəkəti həmçinin klubun 400 manat cərimələnməsi ilə nəticələnib.

Futbol
"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
UEFA Rusiyaya təzminat ödəyib

UEFA Rusiyaya təzminat ödəyib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
Rusiya klubu baş məşqçisini istefaya göndərib

Rusiya klubu baş məşqçisini istefaya göndərib

Futbol
Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Futbol
Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək