Vüqar Nadirov: “Hazırda 4-5 klubla danışıq aparıram"

Vüqar Nadirov: “Hazırda 4-5 klubla danışıq aparıram"

Hazırda 4-5 klubla danışıq aparıram, iddialılardan birinin üzərində dayanacağam.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın II Liqa təmsilçisi “Hypers Guba”nın baş məşqçi postundan ayrılan Vüqar Nadirov deyib.

Mütəxəssis aşağı dəstə klublarından birində baş məşqçi kimi davam etmək istədiyini vurğulayıb:

“4-5 klubla danışıq aparıram, iddialılardan birinin üzərində dayanacağam. Bu, I və ya II Liqa komandalarından biri ola bilər. Baş məşqçi kimi davam etmək istəyirəm. Aşağıdan öyrənə-öyrənə gəlməyə üstünlük verirəm. Futbolçu karyerasını yeni bitirənlərə də bunu tövsiyə edərdim. Mən də “Baku Sportinq”dən başladım, daha sonra “Hypers Guba”nı yaradıb II Liqaya yüksəldim. Pillə-pillə yüksəlməyi xoşlayıram”.

37 yaşlı keçmiş hücumçu Quba təmsilçisindən öz istəyi ilə ayrıldığını söyləyib:

“Öz istəyimlə “Hypers Guba”dan ayrıldım. Klubdaxili məsələdir. Heç kimdən incikliyim, küskünlüyüm yoxdur. Uşaqlarla halallaşıb klubu tərk etdim. Həqiqətən də ayrılmaq çətin idi. Çünki iki ildir əziyyət çəkirəm, komandanı sıfırdan yaratmışdım. İstəməzdim ayrılıq olsun. Komandanın oyun üslubunu formalaşdırmışdım”.

V.Nadirov sabiq komandasının taleyi ilə bağlı sualı da cavablandırıb:

“Yəqin ki, "Hypers Guba” yaşayacaq. Rəhbərlik kimi baş məşqçi təyin edəcəyini özü bilər. Klub üzvləri ilə dostluğumuz hər zaman qalacaq. Sadəcə, yorulmuşdum. Yenə də sıfırdan başlamaq gec deyil”.

Qeyd edək ki, V.Nadirov “Hypers Guba” hazırda 18 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

Futbol
"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

Futbol
Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
Messi PSJ-də daha bir mövsüm keçirəcək

Messi PSJ-də daha bir mövsüm keçirəcək

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri