Azərbaycan millisinin sabiq hücumçusu Albaniya klubundan ayrılıb - EKSKLÜZİV

Azərbaycan millisinin sabiq hücumçusu Albaniya klubundan ayrılıb - EKSKLÜZİV

Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanov Albaniyanın "Bilis" klubundan ayrılıb.

Bu barədə "QELEBE.AZ"a futbolçu özü məlumat verib.

O, klub tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini bildirib:

"Albaniyaya böyük ümidlərlə getmişdim. Təəssüf ki, bəzən hər şey düşündüyümüz kimi olmur. "Bilis" komandasına yeni keçəndə ilk dəfə əsas heyətdə meydana çıxdım və oynadım. Daha sonra baş məşqçi dəyişikliyi reallaşdı. Nevil Dedenin komandaya gəlişi mənim üçün uğurlu olmadı. Daim ehtiyatda qalırdım. Komandaya yeni transfer olunduğumu, buna görə əsas heyətdə oynamayacağımı bildirdi. Halbuki o, özü ilə gətirdiyi başqa bir hücumçuya tez-tez şans verirdi. Belə olan halda mənim orada qalmağımın mənası yox idi".

31 yaşlı oyunçu şəraitin də ürəkaçan olmadığını və bu səbəbdən Bakıya qayıtdığını söyləyib:

"Qalıb oynamaq, komandama kömək etmək istəyirdim. Niyyətim o idi ki, "Bilis"ə əlimdən gələn köməyi göstərim və vuracağım qollarla komandanı irəli daşıyım. Təəssüf ki, şans vermədilər və futbolçu ilə rəftar qaydaları xoşuma gəlmədi. Danışılası söz çoxdur. Amma ehtiyac duymuram".

A.Yunanov transfer vərəqinin Albaniya klubunda qaldığını deyib:

"Müqaviləmə xitam verilməyib. İstəyirəm ki, hər şey sülh çərçivəsində həll olunsun. İnşallah, yaxın gələcəkdə hər şey qaydasına düşəcək".

Qeyd edək ki, Amil Yunanov ötən ay "Bilis" klubu ilə birillik müqavilə imzalamışdı.

Futbol
Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Futbol
Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"