"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
İspaniya polisi "Real"ın (Madrid) futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən azarkeşi 1 il müddətinə həbs edib.
"QELEBE.AZ" yerli mətbuata istinadən xəbər verir ki, sözügedən hadisə ötən mövsüm La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə baş verib.
Eyni hərəkəti "Malyorka" - "Vilyarreal" matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.
Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini qadağan edib.

https://mail.qelebe.az//uploads/photo/realin-futbolchusunu-tehqir-eden-shexs-1-il-muddetine-hebs-edilib.webp











