Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

"Bəzən belə oyunlarun bitməsini istəmirsən. Meydanda əsl futbol var idi".

"QELEBE.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"a 4:3 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfrasında deyib.

50 yaşlı mütəxəssis yaxşı oyuna görə rəqibi təbrik edib: "Bu gün elə oyun oldu ki, "Sabah"a ancaq alqış düşür. Qarşımızda istəkli komanda var idi. Bu qarşıdakı rəqibi də daha məsuliyyətli edir. Oyunçularımı da təbrik edirəm. Çox əziyyət çəkdilər. Azarkeşlər bu gün əsl futbol gördülər.. Sürət, dinamika, hücumlar və qollar var idi. Nəticə öz yerində ümumi oyundan razı qaldım

Qurbanov meydanda Avropa səviyyəli mübarizənin getdiyini diqqətə çatıdırıb.

Baş məşqçi məcburiyyətdən heyətdə bir neçə dəyişikliklər etdiyini söyləyib: "Maksim Medvedev və Rail Məmmədov təxminən 1 ay oynamayacaq. Bədavi Hüseynovun durumu ciddi deyil. "Frayburq"la görüşdən əvvəl sonra əzələsində ağrı hiss etdi. Amma çox da risk etmək istəmədik. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük".

Mütəxəssis Bədavi Hüseynovun Fransa "Nant"ına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçında oynamaq ehtimalının olduğunu sözlərinə əlavə edib: "Sabah və ya növbəti gün dəqiq bilinəcək.

Qurbanov ikinci penalti epizodundan oyunçularına etiraz etməsinin səbəbini də açıqlayıb: "Həmin an tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə belə reaksiya verdim.

Baş məşqçi hakimlik haqqında da danışıb: "Onlar üçün ən çətin matçlardan biri idi. Hər iki tərəfə qarşı səhvlər var idi və oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz".

Təcrübəli mütəxəssis son olaraq rəqibin çətinmədən mübarizə apardığını xatırladıb: "Hücum etməyə çalışırdılar. 2-ci qoldan sonra futbolçuların emosiyaları həddindən artıq idi. Çox sevindilər. Oyunun ritmi bir qədər itdi. Futbolçular mövqe dəyişikliklərinə öyrəşincə rəqib bunlardan istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi".

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub