DÇ-2022: İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib

DÇ-2022: İngiltərə İranı 6:2 hesabı ilə darmadağın edib

DÇ-2022-də ikinci oyun gününə start verilib.

QELEBE.AZ saytının məlumatına görə, B qrupunun ilk matçında İngiltərə və İran milliləri qarşılaşıb.

Qarşılaşmanın favoriti olan futbolun yaradıcıları mundiala böyük hesablı qələbə ilə başlayıb. Məhsuldar keçən görüşdə ümumilikdə 8 qol vurulub.

Oyunun əvvəlində asiyalıların müqavimətini qırmaqda çətinlik çəkən İngiltərə millisi ilk hissənin sonlarında üç dəfə fərqlənib. Cud Bellingemin hesabı açdığı matçda Bukayo Saka və Rahim Sterlinq fasiləyədək fərqi üç topa çatdırıb.

İkinci hissənin ortalarında Saka dublunu rəsmiləşdirib – 4:0. İranlılar Mehdi Tareminin qolu ilə fərqi azaltsa da, Markus Reşfordla Cek Qriliş böyük britaniyalıların üstünlüyünü 5 topa çatdırıb. Uzatma dəqiqələrində Mehdi penalti ilə dublunu rəsmiləşdirib.

Beləliklə, son dünya çempionatının yarımfinalçısı Qətərdəki mundiala 6:2 hesablı darmadağınla start verib.

Qeyd edək ki, B qrupunun bu gün keçiriləcək digər matçında Uels və ABŞ qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi

21 noyabr

B qrupu

17:00. İngiltərə - İran - 6:2

Qollar: Cud Bellingem, 35, Bukayo Saka, 43, 62, Rahim Sterlinq, 45+1, Markus Reşford, 71, Cek Qriliş, 90 - Mehdi Taremi, 65, 90+13 (pen.)

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Futbol
Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Avropa Liqası: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Futbol
Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Futbol
Messi azarkeşin kürəyinə imzasını çəkib

Messi azarkeşin kürəyinə imzasını çəkib

Futbol
"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib

"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib

Futbol
Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Futbol
Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb