İngiltərə Liqa Kuboku: “Arsenal” və “Liverpul” növbəti mərhələyə adlayıblar

İngiltərə Liqa Kuboku: “Arsenal” və “Liverpul” növbəti mərhələyə adlayıblar

İngiltərə Liqa Kubokunun üçüncü raundunda Premyer Liqa təmsilçisi “Arsenal” səviyyəcə üçüncü liqada çıxış edən “Bolton Uonderers”u qəbul edib, digər qarşılaşmada isə yüksək liqanın iki komandası üz-üzə gəlib – “Liverpul” “Vest Hem”i qonaq edib.

“QELEBE.AZ” xəbər verir ki, qarşılaşmalar müvafiq olaraq Londondakı “Arsenal Stedium” və Liverpuldakı “Enfild”də baş tutub.

Paytaxtda baş tutmuş matçda “topçular” rəqiblərinə şans verməyib. Belə ki, baş məşqçi Mikel Artetanın yetirmələri artıq birinci hissədə qapıçı Lyuk Sautvudu iki dəfə məyus etməyi bacarıblar: Deklan Rays (16-cı dəqiqədə) və İtan Nvaneri (37) fərqləniblər. Oyunun ikinci hissəsində də ümumi mənzərə dəyişməyib. Meydan sahibləri qonaqların qapısına üç dəfə yol tapıblar: Nvaneri dubl edib (49), komandanın yeni üzvü Rahim Sterlinq (64), həmçinin almaniyalı yarımmüdafiəçi Kay Haverts (77) də topu tora göndəriblər. Baş məşqçi Yan Evattın komandasının isə cəmi bir qola gücü çatıb: 53-cü dəqiqədə hücumçu Aaron Kollins təsəlli qoluna imza atıb – 5:1.

Paralel keçən qarşılaşmada da “Liverpul” “Vest Hem”i eyni hesabla darmadağın edib. 21-ci dəqiqədə “Liverpul”un müdafiəçisi Carell Kuansa avtoqol müəllifi olub. Cəmi dörd dəqiqə sonra “qırmızılar” hesabı bərabərləşdiriblər: Dioqu Jota komandanın yeni transferi Federiko Kyezanın baxımlı ötürməsindən sonra topu başla qapıya yönləndirib. İkinci hissədə Arne Slotun komandası təşəbbüsü tamamilə ələ alıb: 49-cu dəqiqədə Jota dubla imza atıb, 59-cu dəqiqədə meydana daxil olan Məhəmməd Salah qol üçün 15 dəqiqə kifayət edib, niderlandlı Kodi Qakpo isə bir cüt qolla (90, 90+3) oyunda son nöqtəni qoyub – 5:1.

Futbol
Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

Futbol
Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd edib

Futbol
Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Futbol
Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib

Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"