Azərbaycan millisinin futzalçısı: Çexiya ilə oyunda ən yaxşı seçiləcəyimi gözləmirdim

Azərbaycan millisinin futzalçısı: Çexiya ilə oyunda ən yaxşı seçiləcəyimi gözləmirdim

Çexiya ilə oyunda ən yaxşı seçiləcəyimi gözləmirdim.

"Report" xəbər verir ki, bunu Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycan millisinin üzvü Ülvi Əliyev Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq matçının ən yaxşı oyunçusu seçilməsi ilə bağlı danışarkən deyib.

O, bunun sürpriz olduğunu söyləyib:

"Yaxşı mənada sürpriz oldu. Əlbəttə, məqsədim komandama kömək etmək, güvənib meydana buraxan baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. Meydandan qalib ayrılsaydıq, daha çox sevinərdim. Məncə, bugünkü oyun gələcək üçün müəyyən ümid verdi. Müəyyən səbəblərdən komandadan kənarda qalan futzalçılarımız da var. Onlar gələcəkdə bizə qoşulanda fərqli milli izləyəcəksiniz”.

Ü.Əliyev Çexiya ilə yoldaşlıq matçını da dəyərləndirib:

“Ümumilikdə komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən “döyüşdü”. Milli komanda yenidən qurulur, heyətdə debüt edən bir neçə futzalçı var. Rəqib isə əksinə, təcrübəli oyunçulardan qurulub. Üstəlik, onların milli çempionatı xeyli vaxtdır başlayıb, 3-4 tur oynanılıb. İspaniya liqasında, eləcə də başqa çempionatlarda çıxış edən futzalçıları var. Biz isə yay tətilindən yeni qayıtmışıq. İstər fiziki, istərsə də oyun təcrübəsi baxımından arzulanan səviyyədə deyilik. Bu cür oyunları çox keçirməliyik. Yaxşı kollektivimiz var. Bir-birimizə inanırıq. Səhvlərimizi də tədricən düzəldəcəyik. Bunun üçün çox çalışmalıyıq".

Qeyd edək ki, hazırda Zlin şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə Çexiyaya 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında növbəti qarşılaşma bu gün baş tutacaq.

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
PSJ "Milan"ın futbolçusunu 150 milyon avroya transfer etmək istəyir

PSJ "Milan"ın futbolçusunu 150 milyon avroya transfer etmək istəyir

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb