Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

"Azərbaycan idmançılarının İslamiadada qazandıqları medal sayı 99 deyil. Komanda idman növlərindəki medalları da saysaq, mükafatçılarımızın sayı daha çoxdur".

Bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunları barədə deyib.

MOK rəsmisi yığma komandalarda medalları hər bir idmançının aldığını, onların da yarışın çempionu və ya mükafatçısı sayıldığını xatırladıb: "İslamiadadakı nəticə uğurlu sayılmalıdır. Bəziləri deyə bilərlər ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutandan sonra 4-cü yerdə qərarlaşmışıq. Amma nəzərə almalıyıq ki, əvvəlki Oyunlarda ilk "5-liy"ə düşə bilmirdik. Yarışın proqramına İslam ölkələrində məşhur olan növlər salınır. Ona görə də rəqabət çox güclüdür".

Ç.Hüseynzadə Konyadakı Oyunlarda fərdi növlərlə yanaşı, komanda yarışlarına qatılanın çıxışlarından da razı qaldığını vurğulayıb: "3x3 basketbol növü üzrə yığmalarımız, güləşçilərimiz, gimnastlarımız yaxşı çıxış etdilər və çoxlu medal qazandılar. Məqsəd təkcə medal deyil. Məqsədimiz sırf bu olsaydı, cüdo millimizin əsas heyətini Konyaya aparardıq və medal sayımız daha çox olardı. Məncə, İslamidada çox gözəl nəticə əldə etmişik. Prezident İlham Əliyev də idmançılarla görüş zamanı bunu qeyd etdi. 99 medal elə-belə hal deyil. Bu, Azərbaycan idmanının növbəti uğurlarından biridir".

Eyni zamanda, Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komissiyasının sədri olan Çingiz Hüseynzadə bir neçə ay əvvəl bu ölkədəki vəziyyəti öyrənmək üçün oraya səfər etdiyini xatırladıb: "Kamerun həmin səviyyədə deyil, Azərbaycan və Türkiyədəki kimi yarış keçirməyə imkanları yoxdur. Növbəti oyunların harada keçirilməsi məsələsi hazırda açıqdır. Oktyabr-noyabrda İslam Həmrəyliyi İdman Federasiyasının növbəti Baş Assembleyası gerçəkləşəcək. Orada bu məsələlərə baxılacaq. Hazırda qəbul olunmasa da əsas namizəd Kamerundur. Qurum bir neçə ölkələrə təklif göndərsə də, konkret cavab yoxdur".

Vitse-prezidenti "Oyunlar yenidən Azərbaycanda təşkil oluna bilərmi" sualını da cavablandırıb: "Onlar yarışı Azərbaycanda keçirməyə məmnun olardılar. Amma biz bir dəfə təşkil etmişik. Digər ölkələr də öz məharətlərini göstərsinlər. Sonra lazım olsa, götürə bilərik. Hazırda bu barədə düşünmürük".

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq

Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub