Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Azərbaycanın daha bir cüdoçusu Vüsal Qələndərzadə Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

"Report"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 73 kq çəki dərəcəsində yer alan Qələndərzadə yarımfinalda macarıstanlı Gergeli Adoryanini 3 dəqiqəyə ipponla üstələməyi bacarıb. Finalda o, italiyalı Luici Sentraççio ilə görüşəcək.

81 kq çəkidəki Elcan Hacıyev də finalda italiyalı Brayt Maddaloni Nosa ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

16:43

Azərbaycanın cüdoçusu Elcan Hacıyev Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

"Report"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 81 kq çəki dərəcəsində yer alan Hacıyev yarımfinalda çexiyalı Adam Kopeçkiyə 108 saniyəyə qalib gəlib. Finalda onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.

Azərbaycanın daha bir cüdoçusu, 73 kq çəkidəki Vüsal Qələndərzadə isə yarımfinalda macarıstanlı Gergeli Adoryani ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

16:26

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) 1/4 final qarşılaşmalarından da qalib ayrılmağı bacarıb.

Qələndərzadə qızıl xal bölümündə italiyalı Vinçentso Pelleqranı vazari ilə yenib. Hacıyev isə serbiyalı Velimir Kosoviçi 109 saniyəyə ipponla üstələyib.

Yarımfinalda onlar müvafiq olaraq, macarıstanlı Gergeli Adoryani və çexiyalı Adam Kopeçki ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

15:55

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında 1/4 finala yüksəlib.

"Report"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə 1/8 final qarşılaşmalarından Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qalib ayrılmağı bacarıb.

Onlar gürcüstanlı cüdoçuları məğlubiyyətə uğradıblar. Qələndərzadə Kote Kapanadzeni 50 saniyəyə ipponla yenib. Hacıyev isə sona 54 saniyə qalmış Giorgi Jabnaşvilini eyni qaydada üstələyib.

81 kq çəki dərəcəsindəki digər cüdoçu Ömər Rəcəbli isə 1/8 finalda isveçrəli Orelyen Bonferroniyə uduzub.

63 kq çəkidəki xanım cüdoçu Aytac Qardaşxanlı isə belçikalı Alessia Korrao ilə görüşdə vazari fəndi ilə öndə olsa da, ayağındakı ağrılar üzündən istədiyi kimi mübarizə apara bilməyib. Nəticədə o, ardıcıl 3 xəbərdarlıq alaraq, məğlubiyyətə düçar olub.

1/4 finalda Qələndərzadə italiyalı Vinçenso Pelliqra ilə, Hacıyev isə serbiyalı Velimir Kosoviçlə üz-üz gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

14:05

Azərbaycanın 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

"Report"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə tatamiyə əvvəlcə Aytac Qardaşxanlı çıxıb. Xanım cüdoçular arasında 63 kq çəki dərəcəsində yer alan Qardaşxanlı 1/16 finalda almaniyalı Nele Noakı vaxtından əvvəl ipponla üstələyib. O, 1/8 finalda belçikalı Alessia Korrao ilə üz-üzə gələcək.

Oğlan cüdoçulardan Elcan Hacıyev 81 kq çəki dərəcəsində monteneqrolu Marko Yanseri məğlubiyyətə uğradıb. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Giorgi Jabnaşvili olacaq.

Eyni çəkidəki Ömər Rəcəbli isə estoniyalı Randel Pasteli sonuncu saniyədə ipponla yenib. Rəcəbli 1/8 finalda isveçrəli Orelyen Bonferronini sınağa çəkəcək.

Nəhayət, 73 kq-da Vüsal Qələndərzadə islandiyalı Kyartan Hreydarssonu ipponla udub. O, 1/8 finalda gürcüstanlı Kote Kapanadzeyə rəqib olub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək