"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır

"Dinamo"nun baş məşqçisi:  "Qarabağ" çox mütəşəkkil komandadır

"Qarabağ" çox mütəşəkkil komandadır.

"QELEBE.AZ" xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" ilə oyun barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib:

"Ludoqorets"lə görüşdə bolqarlar favorit göstərilsə də, "Qarabağ" bunun əksini sübut etdi. Lakin bu, bir az da Razqard klubunun öz səhvi nəticəsində baş verdi. Müdafiədəki boşluqlar məğlubiyyətə səbəb oldu. "Qarabağ" çox mütəşəkkil komandadır. Taktiki cəhətdən və sürət, texnika baxımından çox yaxşı kollektiv formalaşdırıblar. Onları ən yaxşı şəkildə təhlil etməyə çalışırıq".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdıran (1:2, 7:2) Azərbaycan çempionu pley-offda "Dinamo" ilə oynamaq hüququ qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi klub ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Fransa Birinci Liqası: PSJ “Trua” üzərində qələbə qazanıb

Futbol
UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
AFFA Canni De Byazi ilə müqaviləni uzadıb

AFFA Canni De Byazi ilə müqaviləni uzadıb

Futbol
“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb