Paris-2024-də günün yekunu: Azərbaycanın ilk bürünc medalı, sərbəst güləşçilərimizdən uğursuz start

Paris-2024-də günün yekunu: Azərbaycanın ilk bürünc medalı, sərbəst güləşçilərimizdən uğursuz start

Bu gün yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazdırıb.

"QELEBE.AZ" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılov üzərində 8:0 hesabı ilə qələbə qazanaraq ölkəmiz adına ilk bürünc medala sahib çıxıb.

Bu, həmçinin Azərbaycan yunan-Roma güləşçilərinin yarışda qazandığı tək mükafat olub.

Bu gün mübarizəyə start verən sərbəst güləşçilərimizdən Osman Nurmaqomedov (86 kq) və Əliabbas Rzazadə (57 kq) isə məğlub olaraq turniri mükafatsız başa vurublar.

Yarış bədii gimnastımız Zöhrə Ağamirova üçün də uğurlu keçməyib. 23 yaşlı idmançı top, halqa, lent və gürzlə hərəkətlərin yekununda ümumilikdə 117.850 xal toplayıb. Bu nəticənin ardından ilk "onluq"dan kənarda qalan Zöhrə finala vəsiqə qazana bilməyib və yarışı 18-ci sırada bitirib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərid Qayıbov: “İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Fərdi
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar