Azərbaycan cüdosunun Fransa zəfəri - Paris-2024-ün Təşkilat Komitəsi Makrona görə jurnalistlərin haqqını yedi

Azərbaycan cüdosunun Fransa zəfəri - Paris-2024-ün Təşkilat Komitəsi Makrona görə jurnalistlərin haqqını yedi

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo üzrə mübarizəyə dünən yekun vuruldu. Azərbaycan millisi Fransa paytaxtında tarixi uğura imza atdı. Yığma ümumi sıralamada yalnız Yaponiyadan geri qaldı. Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyevin (100 kq) qızıl medalları bu yüksək nəticəni şərtləndirdi.

Olimpiadaya 9 çüdoçu ilə qatılan milli planı artıqlaması ilə doldurdu desək, yanılmarıq. Əlbəttə, könül istərdi ki, medalların sayı daha çox olsun. Amma bu nəticə də birmənalı şəkildə yığmanın aktivinə yazılmalıdır. Bir sadə məntiqlə ki, olimpiadadan öncə proqnozlar məhz bu yöndə idi. Əksəriyyət H.Heydərovun fəxri kürsünün ən yüksək pilləsində yer alacağını təxmin edirdi. İkinci medal isə Z.Kotsoyevdən gözlənilirdi. Düzdür, onun da Hidayət kimi Bakıya qızıl medalla qayıdacağı heç kimin ağlından belə keçmirdi. Bununla belə, Zelimin də Hidayət kimi Paris-2024-ə sonuncu dünya çempionatının qalibi qismində yollanması artıq çox şeydən xəbər verirdi.

Parisdə Azərbaycan cüdosu üçün tarixi hadisə yaşandı. Belə ki, müstəqillik dönəmində heç vaxt iki cüdoçu eyni olimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxmamışdı. Bundan əvvəl Nazim Hüseynov Barselona-1992-də, Elnur Məmmədli isə Pekin-2008-də qızıl medal qazanmışdı. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan millisi indiyədək olimpiadalarda 2 qızıl medal həddini də keçməyib. Yarışın sonuna 8 gün qaldığını nəzərə alsaq, bu göstəricinin yenilənmək ehtimalının böyük olduğunu söyləyə bilərik. Belə düşünmək üçün tutarlı əsas da var. Azərbaycan idmanının "ağır artilleriya"sı sayılan güləş yığmalarımızın üzvləri hələ də mübarizəyə qoşulmayıb. Liderliyi cüdoya təhvil verməmək üçün onların daha yüksək nəticə üçün döyüşəcəkləri qətiyyən şübhə doğurmur.

Paris-2024-də qalmaqallar siyahısına bu gün biri də əlavə olundu. Bunun səbəbkarı isə Fransa prezidenti Emmanuel Makron oldu. Könlünə sonuncu gündə cüdoya baxmaq düşən ölkə rəhbərinə görə aləm bir-birinə dəydi. Belə ki, yerli Təşkilat Komitəsi akkreditasiyası olan və son günə qədər rahatlıqla işləyən jurnalistlərin arenaya daxil olmaq üçün bilet qeydiyyatından keçməli olduqlarını açıqladı. Təbii ki, istəsən belə, bunun mümkün olmayacağı gün kimi aydın idi. Təşkilat Komitəsi bu yolla, sadəcə, özünü sığortalamaq məqsədi güdmüşdü. Nəticə də dediyimiz kimi oldu. Azərbaycanın KİV təmsilçilərindən heç biri bilet qeydiyyatından keçə bilmədi. Halbuki günün ikinci yarısında orda olmaq məhz bizim haqqımız idi. Çünki milli üzvü Uşanqi Kokairi (+100 kq) bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Düzdür, o, sonda istəyinə çatmadı. Amma bu məqam məsələnin mahiyyətini qətiyyən dəyişmir. Bir sözlə, Makronun gəlişi bizim və onlarla başqa jurnalistlərin haqqının yeyilməsi ilə nəticələndi. Görünür, Fransa və onun liderləri tarix boyu başqalarının haqqını yeməkdən hələ də doymayıb...

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Turab Teymurov: “Formula 1"lə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar davam edir”

Turab Teymurov: “Formula 1"lə müqavilənin yenilənməsi ilə bağlı danışıqlar davam edir”

Fərdi
Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib