"Zirə" UEFA Avropa Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 9

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər.

"Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

22:38

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında əlavə vaxt başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçın əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Görüşün qalibi penaltilər seriyasından sonra bəlli olacaq

22:02

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında əlavə vaxt başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.

Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

21:57

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında 90 dəqiqə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.

Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.

Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

21:39

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda qonaqlar hesabda önə keçib - 2:1.

77-ci dəqiqədə Papa Yade fərqlənib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

21:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.

54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

21:06

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda Bakı klubu hesabda öndədir - 1:0.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

20:49

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda Bakı klubu hesabda öndədir - 1:0.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirəcək. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

20:07

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda Bakı klubu hesabda önə çıxıb.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

20:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb