"Qarabağ"ın legioneri: Çempionlar Liqasında uğura imza atmaq istəyirik

"Qarabağ"ın legioneri: Çempionlar Liqasında uğura imza atmaq istəyirik

Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyrik.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun mətbuat xidmətinə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi bu gün başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son iki yoxlama oyunu barədə fikirlərini bildirib:

“Hazırlıq prosesinin həm Bakıda, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi. Hamımızın məqsədi eynidir. Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyrik. Ümid edirəm ki, əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Əl-Şəbab” ilə matçlarda istədidiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacam”.

Kabo-verdeli futbolçu Ağdam təmsilçisinin məqsədinə toxunub və azarkeşlərə səslənib:

“Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi "Linkoln"la qarşılaşacaq. İlk oyun iyulun 23-də, saat 20:00-da rəqib meydanında - "Europe Point" stadionunda baş tutacaq.

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Futbol
"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti bəlli olub

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib