"Turan Tovuz" rəhbərliyi Kurban Berdıyevin qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub

"Turan Tovuz" rəhbərliyi Kurban Berdıyevin qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub

"Turan Tovuz" klubunun rəhbərliyi yeni baş məşqçi Kurban Berdıyevin qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub.

Bu barədə "Report"a Tovuz təmsilçisinin İdarə Heyətinin üzvü Əli Balakişiyev açıqlama verib.

Klubun infrastruktur və maliyyə üzrə direktoru türkmənistanlı mütəxəssisin təyinatı ilə bağlı danışıb: "Uzun müddət idi strategiyamıza uyğun məşqçi axtarışında idik. Gələcəyə hesablanmış layihəmizə uyğun gələn məşqçi kimi Kurban Berdıyevi seçdik. Uzun danışıqlardan sonra razılıq əldə etdik. Kurban Berdıyev haqqında geniş danışmağa ehtiyac yoxdur. Dünyada tanınmış mütəxəssisdir. Təyinatın uğurlu olacağına inanırıq. Təbii ki, hədəfimiz avrokuboklardır".

Klub rəsmisi Tovuz şəhər stadionunda quraşdırılan süni örtüyün FIFA tərəfindən “Quality Pro” sertifikatı ilə təltif olunması məsələsinə də toxunub: "Bildiyiniz kimi, klubumuz bu mövsüm üçün UEFA lisenziyası üçün müraciət etmişdi. Bütün tələbləri yerinə yetirərək lisenziya ala bildik. Tələblərdən biri də süni örtüyün FIFA-nın "Quality Pro" sertifikatına malik olmasıdır. Mayda ali futbol qurumundan nümayəndə gələrək müəyyən laborator analizlər götürüb, testlər keçirmişdi. Sonda laborator analiz və testlərdən uğurla keçən örtüyə FIFA tərəfindən sertifikat verildi. Avrokuboklara vəsiqə qazansaydıq və stadionumuz da üçüncü kateqoriyanı alsaydı, pley-off mərhələsinədək doğma meydanda oynaya bilərdik. Stadionumuzda üçüncü kateqoriya üçün işlər davam edir. Əminliklə deyə bilərəm ki, növbəti mövsüm bu kateqoriyanı alacağıq".

Qeyd edək ki, "Turan Tovuz" klubunun iyunun 18-də Kurban Berdıyevlə müqavilə bağlayacağı planlaşdırılıb.

Futbol
Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Futbol
"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

"Marca": Minyole "Qarabağ" kabusunu unutdurdu

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

Futbol
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Futbol
Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

Futbol
“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq”

“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq”