Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının iclası başlayıb

Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının iclası başlayıb

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə Avropa Olimpiya Komitələrinin (AOK) 53-cü Baş Assambleyasının iclası öz işinə başlayıb.

"QELEBE.AZ" Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Assambleyanın iclasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, nazir müavini Mariana Vasileva və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov iştirak edirlər.

BOK-un prezidenti Tomas Baxın, AOK-un prezidenti Spiros Kapralosun, Rumıniya MOK-nun prezidenti Mihai Covaliunun da iştirak etdiyi iclasın ilk günündə Paris-2024 Yay Olimpiya Oyunları, Milano Kartina-2026 Qış Olimpiya Oyunları, AOK-un Strategiya Gündəliyi-2030, Tibb və Antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinlənilib. Əlavə olaraq 2025-ci ildə Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının təqdimatı olub.

Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar təqdim edilib. AOK-un xəzinədarı Peter Mennel 2023-cü il maliyyə hesabatı, 2025-ci ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.

Daha sonra 1-ci Janez Kojiancic "Avropa Oyunlarının ən yaxşı qadın və kişi idmançıları" və qış turniri üzrə 9-cu Pyotr Nurovski “Ən yaxşı Avropalı Gənc Atlet” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Tomas Baxın açılış nitqiylə başlayacaq Assambleyanın ikinci günündə 2027-ci ildə keçiriləcək 4-cü Avropa Oyunları, Avropa Gənclərinin Olimpiya Festivalları müzakirə ediləcək. İclasda AOK komissiyalarının hesabatları dinlənəcək və idmanda süni intellektin faydaları haqqında müzakirələr aparılacaq. Daha sonra Avropa Olimpiya Komitəsinin "xidmətlərinə görə" ordeni və Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi mükafatlandırma mərasimi keçiriləcək.

AOK-un 53-cü Baş Assambleyasına iyunun 7-də yekun vurulacaq.

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Rusiyalı olimpiya çempionunun medalı əlindən alınıb

Rusiyalı olimpiya çempionunun medalı əlindən alınıb

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb