Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də çempionluq kəməri qazanıb

Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də çempionluq kəməri qazanıb

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Night of Champions” yarışında gecənin əsas döyüşündə qalib gələrək çempionluq kəməri qazanıb.

“QELEBE.AZ”un ABŞ bürosu xəbər verir ki, yarış UFC-də ("Ultimate Fighting Championship") iştirak etmək üçün idmançılara vəsiqə verən Kaliforniyanın bir nömrəli döyüş təşkilatı olan “A1 Combat” tərəfindən təşkil olunub.

29 yaşlı həmyerlimiz gecənin əsas yarışında 75 kq çəki dərəcəsində ilk raundda rəqibini nokauta göndərib. O, yarışda 9 döyüşü qələbə ilə başa vuran tanınmış yerli döyüşçü Sinjen Smitə qalib gəlib.

Mirəli Hüseynov qələbəsini arenada Azərbaycanın üçrəngli bayrağına bürünərək qeyd edib.

O, “QELEBE.AZ”a müsahibəsində bildirib ki, bu qalibiyyət ona UFC-nin qapılarını açacaq: “Hədəfim UFC-də Azərbaycanı təmsil etmək, ölkəmizin gücünü dünyaya göstərməkdir. Artıq bununla bağlı danışıqlar gedir və bir neçə günə UFC-də iştirakımla bağlı bizə məlumat veriləcək”.

Qeyd edək ki, M.Hüseynov iki ildir Kaliforniyada “America Kickboxing Academy”də yarışlara hazırlaşır. O, bu ilin fevralında “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb.

Fərdi
Üç medal qazanmış Azərbaycan gimnastı: "Daha yaxşısını da bacara bilərdim"

Üç medal qazanmış Azərbaycan gimnastı: "Daha yaxşısını da bacara bilərdim"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Fərdi
Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Afrika Kubokunun qalibi olub

Fərdi
Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib