“Qaradağ Lökbatan” klubunun baş məşqçisi “Şamaxı”nın son turda büdrəyəcəyinə inanmır

“Qaradağ Lökbatan” klubunun baş məşqçisi “Şamaxı”nın son turda büdrəyəcəyinə inanmır

“Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Həşimov “Şamaxı”nın Azərbaycan I Liqasının sonuncu turunda, “Araz Saatlı” ilə oyunda büdrəyəcəyinə inanmır.

Bu barədə “Report”a açıqlamasında 39 yaşlı mütəxəssis bildirib.

O, həm ötən gün “Şamaxı” klubu ilə keçirdikləri matçı dəyərləndirib, həm də mövsümün son turundan gözləntilərini bölüşüb: “Çempionatın 80-90 faizində birinci yerdə idik. Futbolçular çox əziyyət çəkdilər, vuruşdular. Futbol səhvlər üzərində qurulub. Düzdür, komanda uduzursa, günahkar mənəm. Sadəcə, hesabda öndə olduğumuz bir vaxtda qapıçımız penaltiyə səbəb oldu. Milyonluq futbolçular da səhv edir. Səhvlərimiz səbəbindən birinci yeri əldən verdik”.

Baş məşqçi hakimlikdən heç bir narazılığının olmadığını deyib: “Futbolçu, məşqçi kimi, hakim də səhv edə bilər. Ancaq biri var qərəz, biri də var bilmədən yol verilən səhv. Əliyar Ağayevdən heç bir narazlığım yoxdur, oyunu yaxşı idarə etdi. Gələcəkdə hakim kimi ona uğurlar arzulayıram”.

A.Həşimov Şamaxı klubunun liderliyi əldən verməyəcəyini və çempion olacağını bildirib: “Şamaxı”nın çempion olacağını deyənlərin fikirlərinə hörmətlə yanaşıram. Haradasa onları haqlı da sayıram. Futbol möcüzələrlə doludur, hər şey mümkündür. Necə ki, “Araz Saatlı” dünən “İmişli”ni öz meydanında məğlub etdi. İnanmıram ki, “Şamaxı” öz meydanında çempionluq şansını əldən versin. Taleyimiz öz əlimizdə idi. Qələbə qazanıb heç kimdən asılı vəziyyətə düşməməli idik. Şəxsi fikrimdir ki, dünənki qələbədən sonra “Şamaxı”nı çempion görürəm”.

O, komandanı növbəti oyuna kökləməkdə çətinlik çəkəcəklərini istisna etməyib: “Əlbəttə, çətin olacaq. Məşqçiyiksə, futbolçuya motivasiya verməliyik, pis gündə onların yanında olmalıyıq. Mən də həmişə futbolçularımın yanındayam. Komandada olduğum müddətdə həmişə onlara dəstək verəcəyəm. Uşaqların oyundan sonra necə məyus olduqlarını gördüm. Kim istəyər ki, 1 il əziyyət çəkib sonda uduzsun?”

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

DÇ-2022: Meksika və Polşa qolsuz bərabərliyə razılaşıb

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər