Faiq Qarayev: Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir

Faiq Qarayev: Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir

Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir.

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayev komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis hazırlıqların yaxşı getdiyini bildirib: “Hazırlıqlar yaxşıdır, amma vaxt çox azdır. Ölkə çempionatı bitdikdən sonra bir həftə vaxtımız var. mayın 9-da yola düşürük. Təcrübəmiz var. Bilirsiniz ki, 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. İndidən hazırlıqlara başlamışıq".

F.Qarayev xaricdə oynayan azərbaycanlı voleybolçuları ölkəmizə qaytarmaq istədiklərini bildirib deyib: "Gördüyünüz kimi, nə qədər gənc voleybolçu var. Digər oyunçuların taleyinə gəlincə, bizə lazım olanlar 2026-cı ildə keçiriləcək yarışa dəvət alacaqlar. Əksəriyyətinin zədəsi var. Çempionatlar hələ davam edir. Biz də belə qərar gəldik ki, gəncləri indidən hazırlayaq. Qələbə haqda danışmaq hələ tezdir. Əksəriyyəti heç klublarında oynamayıb. Uduzmaqdan qorxmamalıyıq. Çünki hələ vaxtımız var. Xaricdə oynayan gəncləri Azərbaycan klublarına qaytarmaq lazımdır. Federasiya ilə birlikdə belə qərara gəlmişik. Məşqlərdən razıyam. Amma bunlara ən azı bir il vaxt lazımdır ki, böyüsünlər. Bu 6-7-ci nəsildir ki, əlimdən keçir. Azərbaycanda voleybolun inkişafı üçün əlimizdən gələni edəcəyik. Gördüyünz kimi, xeyli məşqçimiz də var. Biz yaşlanırıq, Allah qoysa, onlar yerimizi tutacaqlar. Həm məşqçilərə həm oyunçulara uğurlar arzulayıram. Arzum budur ki, voleybol Azərbaycanda öz yerini tapsın”.

O, heç kimlə problemi olmadığını da vurğulayıb: “Elə insanam ki, heç kimlə problemim yoxdur. Odina Əliyevanı çox istəyirəm. Onları mən böyütmüşəm. Kollektivdəki oyunçuların hamısını sevirəm. Bilirsiniz ki, heyətdə Polina Rəhimova, Yelizaveta Səmədova, Ayşən Əbdüləzimova var. Bu oyunçular hamısı “qızıl fond”dur. Amma gəncləri toplamışıq ki, təcrübəlilərlə vəhdət təşkil edək. Xorvatiya, Slovakiya, İsveç, Rumıniya çox güclü rəqiblərdir. Məqsəd bir neçə ilə komandanı formalaşdırmaqdır”.

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Azərbaycanın voleybol millisinin məşqçisi Türkiyə klubuna keçib

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub