AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXXI turu ilə bağlı qərarları açıqlanıb.

"QELEBE.AZ" xəbər verir ki, qurumun bu gün baş tutan iclasında 5 oyunda yaşananlar müzakirə mövzusu olub.

“Turan Tovuz” – “Sumqayıt” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Oyununun birinci hissəsi bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 800 manat cərimə olunub. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün bölgə təmsilçisi 800 manat ziyana düşüb. “Sumqayıt” klubu isə 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

“Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimələnib. Görüş bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə “Zirə” 800 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Sabah” görüşünün 87-ci dəqiqəsində azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimə edilib.

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
"Real Madrid"in sabiq hücumçusu vəfat edib

"Real Madrid"in sabiq hücumçusu vəfat edib

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"