Azərbaycan Basketbol Federasiyasının rəsmisi: Hədəfimiz olimpiadaya lisenziya qazanmaqdır

Azərbaycan Basketbol Federasiyasının rəsmisi: Hədəfimiz olimpiadaya lisenziya qazanmaqdır

Hədəfimiz Honkonqda keçiriləcək təsnifat turnirində uğurlu çıxış edərək, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov 3x3 qadın millisi ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi komandanın Fransanın Tuluza şəhərində keçirilən hazırlıq turnirindəki çıxışına da münasibət bildirib. O, millinin 1/4 finalda mübarizəni dayandırmasına görə məyus olmadıqlarını söyləyib: “Fransadakı turnir gözlədiyimiz səviyyədə keçdi. Orada yüksək yer tutmaq bizim üçün önəmli deyildi. Sadəcə, hazırlıq xarakterli yarış oldu. Fikrimcə, pis alınmadı. Nəzərə alaq ki, bu, 2024-cü ildə qatıldığımız ilk turnir idi. Qızların çıxışına mənfi rəy verə bilmərəm. Yarışlarda iştirak etdikcə komanda formaya düşür, basketbolçular arasında anlaşma güclənir. Qızlar getdikcə oyunlarını daha yüksək səviyyəyə çatdırırlar”.

Vüqar Əzimov qadın basketbolçuların daha iki turnirə qatılacaqlarını vurğulayıb: “Fransadakı yarış sonuncu təsnifat turniri deyil. Tailandda da iki turnirə qatılacağıq. Ondan sonra komanda Honkonqa gedəcək. Tailanddakı yarışlarda daha uğurlu nəticə gözləyirik. Hər şey hazırlıq durumunu yaxşı səviyyəyə çatdırıb, təsnifat turnirində ən gözəl performansı göstərməyə hesablanıb”.

Qeyd edək ki, Honkonqdakı təsnifat turniri aprelin 12-14-də baş tutacaq. Azərbaycan millisi Niderland, Monqolustan və Çili yığmaları ilə üz-üzə gələcək.

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib