Azərbaycan futbolunun tarixi gecəsi - "Qarabağ" Almaniyada möcüzə axtarışında - ŞƏRH

Azərbaycan futbolunun tarixi gecəsi - "Qarabağ" Almaniyada möcüzə axtarışında - ŞƏRH

Azərbaycan futbolunun nəbzi bu gün Almaniyada döyünəcək. "Qarabağ" Leverkuzendə tarixi oyuna çıxacaq. "Köhlən atlar" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında "Bayer 04" ilə münasibətləri aydınlaşdıracaq. Bura qədər irəliləməklə Azərbaycan futbolunda yeni səhifə açan Qurban Qurbanovun komandası daha bir tarixi uğurun astanasındadır. Bunu gerçəkləşdirmək üçün isə cəmi bir addım kifayətdir.

Bəs bu hədəfə çatmaq nə dərəcədə realdır? Ağdam təmsilçisinin Avropa Liqasının 1/4 finalçıları, yəni ən güclü 8 komandası sırasında yer alması mümkündür? Etiraf etmək lazımdır ki, Azərbaycan çempionunun Leverkuzendə işi heç də asan olmayacaq. Rəqib Avropanın ən hazırlıqlı, mobil, saat mexanizmi kimi dəqiq işləyən, qarşısıalınmaz komandasıdır. Zarafat deyil, Xabi Alonsonun yetirmələri ardıcıl 36 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Leverkuzen təmsilçisi bu görüşlərin 31-də qələbə sevinci yaşayıb, rəqiblərinin qapısından 100-dən çox top keçirib. Bir sözlə, "alman maşını" hazırda nəinki qitə, dünya miqyasında ən stabil komandadır. Bundesliqada turnir cədvəlinin zirvəsində qərarlaşan "Bayer 04" Avropa Liqasında da inamla irəliləyir.

Amma bu nüanslar, təbii ki, ruhdan düşmək, indidən "ağ bayraq" qaldırmaq üçün əsas olmamalıdır. Turnirin qrup mərhələsində də "Bayer 04" ilə qarşılaşan "köhlən atlar" rəqibini daha dərindən tanıyır. Bir müddət əvvəl Leverkuzen təmsilçisinin düşərgəsinə səfər edən Qurban Qurbanov üçün bu komanda sirli qutu sayıla bilməz, əksinə, oxunmuş kitabdır. Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan 1/8 finalın ilk görüşündə də bunun şahidi olduq.

Düzdür, daha çox Bundesliqanı düşünən Xabi Alonso Bakıda meydana ilk dəqiqələrdən sərəncamında olan əsas fiqurların hamısını buraxmamışdı. İspaniyalı mütəxəssis bir növ "az qan"la Almaniyaya zəfərlə dönəcəyini düşünürdü. Amma ilk 45 dəqiqədən sonra yanıldığının fərqinə vardı və yanında oturtduğu əsas fiqurları ikinci hissədə döyüşə atdı. 2:0 hesablı üstünlüyü yaxalamaq üçün böyük güc və enerji sərf edən "Qarabağ"ın futbolçuları da yoruldu, ilk hissədəki təravətdən əsər-əlamət qalmadı. Abdullah Zubirin uşaq səhvindən sonra fərqi azaldan qonaqlar oyunun sonlarında bərabərliyi də təmin etdilər.

Halbuki sonluq yağışlı havada tribunalarda, həmçinin televizorlar önündə "Qarabağ"ı irəli səsləyən azarkeşlər üçün uğurlu, Bundesliqanın lideri üçün isə uğursuz ola bilərdi. Zubir kobud səhv etməsəydi, Olavio Juninyo hesab 2:1 olarkən qapıçı ilə dueldən qalib ayrılsaydı... Əlbəttə, daha komfortlu nəticə ilə səfərə yollanmaq "Qarabağ"a əlavə üstünlüklər də verəcəkdi. Təmsilçimiz meydana psixoloji cəhətdən daha rahat çıxacaq, rəqibin böyük qüvvə ilə irəli atılmasına, müdafiədə boşluqlar verməsinə bel bağlayacaqdı. İndiki halda isə...

Əslində, cari avrokubok mövsümündə boyundan yuxarı tullanan, Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı sıradan çıxarmaqla proqnozları alt-üst edən "Qarabağ"ın itirəcəyi heç nə yoxdur. Komanda, necə deyərlər, planı artıqlaması ilə yerinə yetirib. Bu gün də meydana üzərində ciddi təzyiq olmadan çıxacaq. 36 oyunluq məğlubiyyətsizlik seriyası ilə futbol dünyasına səs salan "Bayer 04" isə tam fərqli durumdadır, itirəcəyi çox şey var. Ümid edək ki, Bundesliqanın liderinə bu işdə "Qarabağ" "kömək" edəcək. Azərbaycan futbolunun tarixi gecəsində, Leverkuzendə, möcüzə axtarışına çıxan "Qarabağ"...

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salındı

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salındı

Futbol
Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb