Azərbaycan millisinin kapitanı: Olimpiadada medal qazanmaq istəyirik

Azərbaycan millisinin kapitanı: Olimpiadada medal qazanmaq istəyirik

Olimpiadada medal qazanmaq istəyirik.

Bunu “QELEBE.AZ”a açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Günay Məmmədzadə Ümumdünya Şahmat Olimpiadasındakı hədəfləri barədə danışarkən deyib.

23 yaşlı qrossmeyster sentyabrda Macarıstanda təşkil olunacaq yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “Ümumdünya Şahmat Olimpiadasına nə dərəcədə hazır olduğumuzu yarış zamanı biləcəyik. Hər zaman tam hazır olmaq üçün toplanışlarda üzərimizdə çalışırıq. Ümid edirəm ki, hazırlığımız olimpiadada medal qazanmaq üçün kifayət edəcək. Hamımız formada olsaq, ən yaxşı nəticəyə ümid etmək olar. Ötən il son oyunda qələbə qazansaydıq, olimpiya çempionu ola bilərdik. Bəxtimiz gətirmədi”.

O, Gürcüstanda yerli komanda ilə keçirilən yoldaşlıq görüşlərini də dəyərləndirib. Şahmatçı 5 turluq mübarizənin yekununda Ümumdünya Şahmat Olimpiadasının dördqat qalibi ilə heç-heçə etmələrini (12,5:12,5) qənaətbəxş nəticə adlandırıb: “Gürcüstan çox güclü komandadır. Fərdi olaraq həmişə uğurlu nəticələr qazanan şahmatçılara sahibdir. Fərdi nəticələri komanda nəticələrindən heç də zəif deyil. Etiraf edək ki, bizdən güclüdürlər. Buna baxmayaraq, onlara qarşı yaxşı mübarizə apardıq. Komandamız gənc olsa da, hər kəs ən yaxşı oyununu göstərməyə çalışır. Gürcüstanla görüşlər olimpiadaya hazırlıq baxımından çox yaxşı sınaq oldu. Belə görüşlərin komandamıza xeyri var”.

Qeyd edək ki, Gürcüstanla yoldaşlıq görüşü rəsmi xarakter daşıyıb. Nəticələr FIDE reytinqinə hesablanacaq.

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb