"Kəpəz"in İdarə Heyətinin sədri: "Qəbələ" ilə aramızda hansısa narazılıq yoxdur

"Kəpəz"in İdarə Heyətinin sədri: "Qəbələ" ilə aramızda hansısa narazılıq yoxdur

"Qəbələ"nin bu addımını normal qarşıladıq. Aramızda hansısa narazılıq yoxdur.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri ev oyunlarını Qəbələ şəhər stadionunda keçirə bilməyəcəkləri ilə bağlı danışarkən deyib.

Funksioner Premyer Liqadakı əsas rəqiblərinin ot örtüyünün yüklənməsi ilə bağlı bu addımı atdığını bildirib: "Burada yeni baş məşqçinin tələbi olduğunu düşünmürəm. Yalnız öz oyunumuza baxırıq. Bizi yalnız əldə etdiyimiz nəticələr maraqlandırır".

Klub rəsmisi Tovuz şəhər stadionunun onlar üçün daha əlverişli olduğunu söyləyib: "Komandamız təbii meydanda məşq edir. Belə meydanda da oynamaq əlavə üstünlükdür. Futbolçular orada özlərini daha rahat hiss edirlər. Lakin yol və məsafə baxımından Tovuz daha uyğundur. İlk olaraq ev qarşılaşmalarımızı burada oynayırdıq. Tovuz şəhər stadionunda işıq dirəyinin aşmasından sonra ev matçımızı həmin arenada keçirə bilmədik. Həmin vaxt Qəbələ şəhər stadionunu seçmişdik. "Neftçi"yə qarşı növbəti ev oyunumuzu da məhz Tovuzda keçirəcəyik. Ondan sonra qərar veriləcək. Ardınca milli fasilə gəlir və bu vaxtadək ev matçlarımızın məkanını təyin edəcəyik".

İlqar Nadiri komandanın paytaxtda oynaya biləcəyini də istisna etməyib: "Oradakı stadionların ot örtüyünə, klubların qrafikinə də nəzər yetirilməlidir. Milli fasiləyə qədər yekun qərarımızı verəcəyik".

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionunun yenidən qurulmasına görə ev oyunlarını bu arenada keçirə bilmir.

Futbol
Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Futbol
Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Kriştianu Ronaldu "Real Madrid"in bazasında məşq edir

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Futbol
Mbappe Messinin rekordunu qırıb

Mbappe Messinin rekordunu qırıb

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

Futbol
İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib