Zirədə liderlik savaşı – “Zirə” və “Neftçi” üz-üzə - YENİLƏNİR

Zirədə liderlik savaşı – “Zirə” və “Neftçi” üz-üzə - YENİLƏNİR

Misli Premyer Liqasında III turun ikinci oyun gününə Zirədə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, “Zirə” doğma meydanda “Neftçi”ni qəbul edəcək.

Hər iki komanda mövsümə uğurlu başlayıb. “Qartallar” da, “ağ-qaralar” da ilk iki turu qələbə ilə başa vurub. Hazırda “Neftçi” yalnız top fərqinə görə turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Turun mərkəzi görüşlərindən biri hesab olunan qarşılaşmada qalib gələn komanda liderliyi təkbaşına ələ keçirəcək.

Qeyd edək ki, matç saat 20:15-də Zirə İdman Kompleksinin stadionunda başlayacaq. III tura avqustun 31-də keçiriləcək “Sumqayıt” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Sabah” görüşləri ilə yekun vurulacaq.

Misli Premyer Liqası
I dövrə, III tur

20:15. “Zirə” – “Neftçi”

Baş hakim: Elçin Məsiyev
Köməkçilər: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov