“Sabah” Litva klubunu məğlub etdi
Bu gün “Sabah” basketbol klubu Litvadakı təlim-məşq toplanışında ikinci yoldaşlıq oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, "bayquşlar" "Şaulyay" ilə qarşılaşıb.
Təmsilçimiz 92:80 hesabı ilə qalib gəlib.
"Sabah" daha əvvəl Litvanın “Yuventus” klubuna (84:89) uduzmuşdu. Azərbaycan çempionunun qarşıda daha iki yoldaşlıq oyunu var.

https://mail.qelebe.az//uploads/photo/sabah-litva-klubunu-meglub-etdi.webp