Tbilisidə medal qazanan "Sabah"ın baş məşqçisi: "Bu turnirlər böyük təcrübədir"

Tbilisidə medal qazanan "Sabah"ın baş məşqçisi: "Bu turnirlər böyük təcrübədir"

"Bu turnirlər bizim uşaqlar üçün böyük təcrübədir, daha çox şey öyrənmək baxımından şansdır".

Bunu "QELEBE.AZ"a açıqlamasında Gürcüstanda keçirilmiş “Tbilisi Cup”da ikinci yeri tutan "Sabah" klubunun 11 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Arslan Quliyev deyib.

Mütəxəssis yarışda 9 kollektivin mübarizə apardığını bildirib: "Əvvəl 12 klubun iştirakı planlaşdırılsa da, bəzi səbəblərdən 3-ü qatılmadı. Komandalar üç qrupda yer almışdılar. Qrupda “Saburtalo”ya məğlub olduq (0:1), “Kolxeti-1913”ə qalib gəldik - 2:1. 1/4 finalda Gürcüstanın “TS Academy” klubunu qolsuz bitən matçın penaltilər seriyasında (5:4) üstələyərək yarımfinala vəsiqə qazandıq. Növbəti mərhələdə “Torpedo”ya (Gürcüstan) 1:0 hesabı ilə qalib gəldik. Tbilisinin “Lokomotiv” komandası ilə final görüşü heç-heçə (0:0) bitdi və penaltilər seriyasında uduzaraq (2:3) ikinci olduq.

Arslan Quliyev futbolçuların beynəlxalq turnirdə böyük təcrübə əldə etdiklərini vurğulayıb: "Bizim üçün bir az çətin idi. Öz çempionatımızda "6+1" formatında çıxış edirik. Orada isə "8+1" ilə mübarizə apardıq. Meydança da bir az böyük idi. Bizim futbolçular kiçik meydançalara öyrəşiblər. Getməmişdən əvvəl bu formatda bir neçə yoldaşlıq görüşü keçirdik. Amma rəqiblər bizdən təcrübəli idilər. Çünki onlar bir il yarım bu formatda futbol oynayırlar. Asan qələbə qazandığımız matç olmadı. Yaxşı və istedadlı oyunçular gördük. Bizim uşaqlar əzmkarlıq göstərdilər. İlk qarşılaşmada təcrübəsizlik bir az göründü. Bəziləri ilk dəfə idi ki, ölkədən kənara çıxırdı. İnanıram ki, bu səfər futbolçularıma böyük xeyir verəcək. Daim belə turnirlərdə iştirak etmək istəyirik".

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
DÇ-2022: Seneqal Qətəri məğlub edib

DÇ-2022: Seneqal Qətəri məğlub edib

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir