Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

31 avqust tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində 120-ə yaxın region idmançıları üçün ustad dərsləri təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, ustad dərsləri ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Özbəkistan yığmasının baş məşqçisi, Olimpiya və dünya çempionu İlias İliadis və ACF prezidentinin müşaviri, dünya çempionatı mükafatçısı Natiq Bağırov tərəfindən keçirilib.

Qeyd edək ki, ustad dərslərinə Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Tovuz və Qazax rayonlarından cüdo ilə məşğul olan yeniyetmələr və gənclər qatılıblar.

İdmançılar məşq zamanı müxtəlif fəndləri yerinə yetiriblər və tövsiyələr alıblar.

Elnur Məmmədlinin sözlərinə görə, regionda cüdo ilə məşğul olan uşaqların sayı gündən-günə artır: “İdmançıları həvəsləndirmək üçün bu cür dərslərin keçirilməsi vacibdir. Federasiya olaraq əsas məqsədimiz odur ki, idmanla, xüsusi olaraq cüdo ilə məşğul olan uşaqların sayı daha çox olsun. Gənclər asudə vaxtlarını səmərəli keçirsin, fiziki və mənəvi sağlam olsunlar.”.

Natiq Bağırov isə bildirib ki, federasiya bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcək.

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırlanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Fərdi
Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"