Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub
Avstriyanın Mayrhofen şəhərində Avropa Şahmat Klub Kubokuna yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" komandası sonuncu - VII turda Almaniya "Şahklub"u ilə qarşılaşıb və rəqibinə uduzub - 2:4.
Komanda bu nəticədən sonra turniri 10 xalla 10-cu yerdə tamamlayıb.
Qadınlardan ibarət "Odlar Yurdu" isə Serbiyanın "Sirmium" klubuna 3:1 hesabı ilə qalib gələrək, 8 xalla turniri 6-cı pillədə başa vurub.

https://mail.qelebe.az//uploads/photo/avropa-kuboku-odlar-yurdu-6-ci-vuqar-heshimov-10-cu-olub.webp











