Beynəlxalq turnirin qalibi olan azərbaycanlı boksçu: "Atam onun azarkeşi olduğu üçün adımı Zidan qoyub"

Beynəlxalq turnirin qalibi olan azərbaycanlı boksçu: "Atam onun azarkeşi olduğu üçün adımı Zidan qoyub"

"Adımı atam qoyub. Zinəddin Zidanın azarkeşi olduğu üçün bu adı seçib".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə qızıl medal qazanan Zidan Hümbətov deyib.

51 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən idmançı özünün futbola marağının olmadığını bildirib: "Adımı olduğu kimi səsləndirirlər. Hətta bəzən Zinəddin Zidan da deyirlər (gülür). Uşaqlıqdan ancaq boksla məşğul olmuşam. Məşhur futbolçu Zidan haqqında məlumat əldə etmişəm. Fransa millisinin güclü futbolçularından biri olduğunu bilirəm".

Şirvan şəhərindən olan 16 yaşlı boksçu qızıl medal əldə etməsi barədə də danışıb: "Qalib olmağın hissi başqadır. İlk növbədə Allahın, sonra məşqçilərimin köməyi ilə buna nail oldum. Atamın və anamın da dəstəyini xüsusi qeyd etməliyəm. Yarışa qatılanda da birinci yeri tutmağı çox istəyirdim. Çünki çox əziyyət çəkmişdim, məşqləri düzgün yerinə yetirirdim. Məqsədim də qalib gəlmək idi".

Zidan Hümbətov hədəflərinin boksla bağlı olduğunu diqqətə çatdırıb: "Dünya və olimpiya çempionu olmaq niyyətindəyəm. Himnimizi səsləndirib, ölkəmizin bayrağını nüfuzlu turnirlərdə dalğalandırmaq arzusundayam".

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb