Azərbaycan millisinin baş məşqçisi: “Texniki və xırda səhvləri aradan qaldırmalıyıq”

Azərbaycan millisinin baş məşqçisi: “Texniki və xırda səhvləri aradan qaldırmalıyıq”

“Texniki və xırda səhvlərə yol verdik ki, bunları aradan qaldırmalıyıq. Həmin səhvlər bu cür gərgin oyunlarda üzə çıxır”.

“QELEBE.AZ” xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə Belarusa 1:3 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

Mütəxəssis AFFA-nın təşkilatçılığı ilə baş tutan turnirdəki çıxışları barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb: “Bu cür oyunlar gənc futzalçıların təcrübə qazanmaları baxımından çox vacibdir. Belə turnirlər tez-tez təşkil olunmalıdır. Belarusla avqustda Minskdə də qarşılaşmışdıq və 1:7 hesabı ilə yenilmişdik. Bu dəfə hesab sona yaxın 2:1 rəqibin xeyrinə olan zaman qapıçını meydan oyunçusu ilə əvəzlədik. Təəssüf ki, ani səhvimiz qolla nəticələndi və 1:3 hesabı ilə uduzduq. Ancaq uşaqlarda özünəinam artıb, əvvəlki görüşlə müqayisədə irəliyə doğru addım atdıqlarını görürük. Əlbəttə, narazı qaldığım məqamlar oldu”.

U-19-un baş məşqçisi turnir çərçivəsində Mərakeşlə keçiriləcək növbəti turun matçı barədə də danışıb. O, qarşıdakı rəqibi daha güclü hesab edir: “Bəzi futzalçılarımız daha inamlı idilər. Bu da onların təcrübələrini artırmasından qaynaqlanır. Qarşıda Mərakeşlə oyunumuz var. Onlar daha güclü rəqibdirlər. Oyunlarına baxıb, müəyyən təhlillər edəcəyik. Bu cür turnirlər təcrübə toplamaq, oyunçuların öz yaşıdlarıyla müqayisədə axsadıqları məqamları üzə çıxarmaq baxımından çox əhəmiyyətlidir”.

Qeyd edək ki, noyabrın 28-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Mərakeş oyunu saat 17:00-da başlayacaq.

Futbol
“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

Futbol
Azərbaycan Premyer Liqası: Ən çox qol vurulan dəqiqələr – ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ən çox qol vurulan dəqiqələr – ARAŞDIRMA

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər

Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər

Futbol
"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

Futbol
"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

"Səbail"in futbolçusu bir oyunluq cəzalanıb, "Zirə"yə xəbərdarlıq edilib

Futbol
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib