Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5

Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.

23:35

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda hesab açılıb.

“QELEBE.AZ”un məlumatına görə, 90+4-cü dəqiqədə qonaqlar fərqləniblər.

Leverkuzen təmsilçisinin heyətində Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək, adını tabloya yazdırıb.

22:46

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda fasilə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə ikinci hissə başlayıb.

Hazırda hesab 0:0-dır.

22:31

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda birinci hissə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə yollanıblar.

İlk hissədə qapılara qol vurulmayıb.

21:45

“Qarabağ”la Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu başlayıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmaya saat 21:45-də start verilib.

Görüşü ingiltərəli Kreyq Pousonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

20:38

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və “Bayer 04”ün start heyətləri bəlli olub.

“QELEBE.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio.

“Bayer 04”: 17. Matey Kovarj, 4. Conatan Tah (k), 3. Pyero İnkape, 2. Yosip Stanisiç, 34. Qranit Caka, 8. Robert Endrix, 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 10. Florian Virts, 21. Amine Adli, 22. Viktor Bonifeys.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Futbol
Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Futbol
Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

Futbol
"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

UEFA "Qarabağ"a bir milyon avrodan çox ödəniş edib

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Futbol
Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib

Tbilisi "Dinamo"sunun baş məşqçisi 42 yaşında ikən infarkt keçirib