Azərbaycan minifutbol millisinin debütantı: “İnanıram ki, tarix yazmağa davam edəcəyik”

Azərbaycan minifutbol millisinin debütantı: “İnanıram ki, tarix yazmağa davam edəcəyik”

“İnanıram ki, finala adlamaqla tarix yazmağa davam edəcəyik”.

Bunu “QELEBE.AZ”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

O, azarkeş dəstəyi sayəsində uğurlu çıxışın davamını gətirəcəklərini düşünür: “Qazaxıstanla matça həm fiziki, həm də psixoloji cəhətdən çox yaxşı hazırlaşmışıq. Xalqımıza demək istəyirəm ki, bizi sona qədər dəstəkləsinlər. Onların bizə verdiyi dəstəyi hər gün hiss edirik və bu komandamıza əlavə güc qatır. Belə davam etsinlər. Biz də onları sevindirəcəyik”.

28 yaşlı futbolçu 1/4 finalda Bolqarıstan üzərində 3:1 hesablı qələbəyə layiq oyun sərgilədiklərini düşünür: “Bolqarıstan önündə çox üstün futbol sərgilədik. Onlar son Avropa çempionatının bürünc medalçılarıdır. Bütün oyunlara ciddi hazırlaşırıq, məşqçinin tapşırıqlarını maksimum yerinə yetiririk və bunun bəhrəsini görürük”.

E.Tağıyev qolunda ciddi zədə olmasına baxmayaraq, sona qədər döyüşəcəyini söyləyib: “Millidə debütant olduğum üçün ilk dəfədir belə mötəbər turnirdə iştirak edirəm. Buna baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Düzdür, qolumda ciddi zədə var. İki yerdən qoluma tikiş qoyulub. Ancaq bu, oyunuma mane olmur. Nə olur-olsun, sona qədər mübarizə aparacağam”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq

Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb