“Araz-Naxçıvan” Polşa çempionuna qarşı - YENİLƏNİR
"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda son oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gələcək.
Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da saat 22:00-da start götürəcək.
Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu II turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

https://mail.qelebe.az//uploads/photo/araz-naxchivan-polsha-chempionuna-qarshi-yenilenir.webp