"Araz-Naxçıvan"ın futbolçusu: “Qarabağ”la oyuna yüz faiz hazıram"

"Araz-Naxçıvan"ın futbolçusu: “Qarabağ”la oyuna yüz faiz hazıram"

“Qarabağ”la oyuna demək olar ki, yüz faiz hazıram”.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu İsmail Azzaui klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Zədəli olduğuna görə Azərbaycan Premyer Liqasının X turunun "Qəbələ"yə qarşı səfər oyununda meydana çıxa bilməyən 25 yaşlı yarımmüdafiəçi artıq problemin geridə qaldığını söyləyib: “Ötən həftə ayağımda ağrı var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə komandama kömək edə bilmədim. Bir neçə günlük istirahət və müalicədən sonra kollektivlə birgə məşqlərə qoşulmuşam”.

Belçikalı futbolçu XI turda “Qarabağ”la keçiriləcək qarşılaşmaya müsbət nəticə qazanmaq üçün çıxacaqlarını vurğulayıb: “Qarabağ” haqda nəsə demək artıqdır. Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq”.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qarabağ" oyunu oktyabrın 30-da, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

"Qarabağ"ın yeni transferi: "Yenidən futboldan zövq almaq istəyirəm"

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb