Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün ilk oyununu keçirəcək
Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxacaq.
“QELEBE.AZ”un məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma İraq ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

https://mail.qelebe.az//uploads/photo/dunya-chempionati-azerbaycan-minifutbol-millisi-bu-gun-ilk-oyununu-kechirecek.webp











