"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. 

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"unu qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma "köhlən atlar"ın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələn alan ölkə çempionu rəqibi geri çəkilməyə məcbur edib. Görüşün əvvəlində Kvabena Ovusunun qüvvətli zərbəsindən sonra qapıçı Noah Atubolu qola mane olub. 10-cu dəqiqədə Kadi Borges fərqlənməyə yaxın olsa da, top müdafiəçilərə dəyərək meydanı tərk edib. 

23-cü dəqiqədə rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə qonaqları hesabda önə keçirib. 

Qoldan sonra da "Qarabağ" topa nəzarət edən tərəf olub və təzyiqi daha da artırıb. 39-cu dəqiqədə Ovusu cərimə meydançasında əlverişli şansı boşa verərək topu qapının üstündən vurub. Bundesliqa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. 

İkinci hissəyə də "köhlən atlar" daha fəal başlayıb. 53-cü dəqiqədə baş hakim Aleksey Kulbakov rəqib qapısına penalti təyin etsə də, VAR sisteminə baxıldıqdan sonra qərarını dəyişib. Ardınca Marko Veşoviç topu qapıdan keçirsə də, növbəti dəfə eyni hal yaşanıb. 62-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Referi ilk olaraq sarı vərəqə versə də, VAR-a baxdıqdan sonra müdafiəçini cəzalandırıb. 71-ci dəqiqədə Ovusu qapıçı ilə təkbətək qalsa da, şansdan yararlana bilməyib. "Qarabağ" sonlara yaxın təzyiqi artırıb və 90+2-ci dəqiqədə Kvabena Ovusu ilə bərabərlik qolunu vurub. 

Beləliklə, rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək. 

G qrupunun digər matçında "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ına 0:2 hesabı ilə yenilib. 14 xala malik "Frayburq" qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran "Nant" Avropa Liqasında pley-offa vəsiqə qazanıb. "Qarabağ" 8 xalla üçüncü olubsa, "Olimpiakos" 2 xalla sonuncu yeri tutub. 

Foto: Firudin Səlimov

23:36

"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci qol vurulub. 

"Report"un məlumatına görə, 90+2-ci dəqiqədə "köhlən atlar" hesabı bərabərləşdirib. 

Kvabena Ovusu qonaqları mərkəzə dəvət edib. 

23:06

"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb. 

"Report"un məlumatına görə, 62-ci dəqiqədə Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

"Köhlən atlar" hazırda məğlub durumdadır - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

22:48

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb. 

"Report"un məlumatına görə, "köhlən atlar" ilk hissədən sonra məğlub durumdadır - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

22:32

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. 

"Report"un məlumatına görə, "köhlən atlar" fasiləyə məğlub yollanıblar - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

22:11

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. 

"Report"un məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 

21:45

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Futbol
Frank Riberi karyerasını bitirir

Frank Riberi karyerasını bitirir

Futbol
Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Futbol
"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb