Azərbaycan millisinin baş məşqçisi: "Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmət edirlər"

Azərbaycan millisinin baş məşqçisi: "Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmət edirlər"

"Favorit olaraq ilk "5-lik"də görünürük. Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmətlə yanaşırlar. Bu səbəbdən işimiz bir az çətinləşib".

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatına yollanan minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis komandada ümumi vəziyyətin, əhvali-ruhiyyənin yaxşı olduğunu bildirib: "İlk dəfə dünya çempionatına gedirik. Qayıdanda gülə-gülə dönəcəyimizə inanıram".

Quliyev qrupdakı rəqibləri araşdırdıqlarını söyləyib: "Tam olmasa da, 50 faiz məlumatımız var. Daha güclü qrupda yer ala bilərdik. Reytinqə görə münasib rəqiblərlə düşdüyümüzü deyə bilərik. Birinci oyundan çox şey asılıdır. Həmin matçdan sonra qrupun vəziyyəti bilinəcək. Minimum hədəf qrupdan çıxmaqdır. Daha da irəli gedə bilərik. Oyuna diqtə edən tərəf olmalıyıq ki, qalib gələk. Yoldaşlıq görüşlərində də gördük ki, bizə qarşı daha çox müdafiədən çıxış etməyə üstünlük verirlər. Ümid edirəm ki, oyunçular özlərini yaxşı tərəfdən göstərə biləcəklər".

Baş məşqçi son olaraq Bəxtiyar Soltanovun heyətdə yer almamasına toxunub: "Səhhətində bir az problemlər oldu. İnanıram ki, gələcək qarşılaşmalarda iştirak edə biləcək".

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

Futbol
"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Premyer Liqa: İlin son matçında dörd qol vurulub, dörd qırmızı vərəqə göstərilib

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

Futbol
Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub