Azərbaycan millisinin sabiq kapitanı: “Bu Avstriyadan ən azı 1 xal almalı idik”

Azərbaycan millisinin sabiq kapitanı: “Bu Avstriyadan ən azı 1 xal almalı idik”

“Yığmamız bu Avstriyadan ən azı 1 xal almalı idi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı Rahid Əmirquliyev AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirilən oyunla bağlı danışarkən deyib.

34 yaşlı futbolçu yığmanın Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə məğlub olduğu görüşü zəif keçirmədiyini düşünür: “Avstriya ilə oyunu stadiondan canlı izləyirdim. Çətin olacağı bəlli idi. Ancaq evdə çıxış etdiyimiz üçün ən azı 1 xala ümid bəsləyirdik. Rəqibin heyətində ciddi itkilər var idi ki, bu da komandamıza fürsət yaratmışdı. Meydanı ən azı heç-heçə ilə tərk edə bilərdik. Əslində, yığmamız pis çıxış etmədi. Təəssüf ki, qol imkanlarından yararlanmaq mümkün olmadı”.

Yarımmüdafiəçinin fikrincə, millinin uğursuz nəticələri baş məşqçi ilə əlaqəlidir: “Millimizin çox yaxşı heyəti, yüksək keyfiyyətə malik futbolçuları var. Sadəcə, onları oynatmağı bacaran məşqçi lazımdır. Baş məşqçi amili böyük rol oynayır”.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda sona iki tur qalmış 4 xalla 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Canni De Byazinin AFFA ilə müqaviləsinin müddəti isə noyabrın sonuna qədərdir.

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Qurban Qurbanov: "Rəqib məğlub olmaq istəmirdi"

Futbol
Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
"Qarabağ"ın legioneri: "Şanslardan layiqincə istifadə etdik"

"Qarabağ"ın legioneri: "Şanslardan layiqincə istifadə etdik"

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib