Azərbaycan boksçusu Avropa Kubokunun finalına yüksəlib - YENİLƏNİB

Azərbaycan boksçusu Avropa Kubokunun finalına yüksəlib - YENİLƏNİB

Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunun finalına yüksəlib.

“Report” xəbər verir ki, buna 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin rəqibinin döyüşdən imtina etməsi səbəb olub.

İsrail idmançısı Ahmat Ştivi görüşə çıxmayacağından, Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici dueldə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşlərində Azərbaycan millisinin daha 4 boksçusu çıxış edəcək.

09:41

Azərbaycanın daha 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.

“Report” xəbər verir ki, yarımfinala yüksələn Tayfur Əliyev (60 kq) və qardaşı Sərxan Əliyev (71 kq) ən azı bürünc medalı rəsmiləşdiriblər.

T.Əliyev 1/4 finalda Rusiyanı təmsil edən Arşak Tovmasyanı 4:3 hesabı ilə məğlub edib. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

S.Əliyev isə bu mərhələdə Miroslav Kapulerdən (İsrail) güclü olub. Görüşün taleyini ilk raundda həll edərək, tam üstünlüklə qalib gələn boksçu yarımfinalda polşalı Damian Durkajla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin 3 boksçusu yarımfinala yüksəlib. Finala yüksəlmək üçün Tural Sarıyev (48 kq) Rusiya təmsilçisi Artiş Soyanı, Malik Həsənov (63,5 kq) israilli Ahmat Ştivini, Mirşərif Kazımzadə (75 kq) isə Rusiyanın digər boksçusu Cambulat Bijamovu (Rusiya) üstələməlidir.

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Azərbaycan cüdoçusu: "Avropa çempionu olacağıma inanırdım"

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub