Maksim Medvedev: “Bu mövsüm qrupdan çıxmaq üçün yaxşı imkanımız var”

Maksim Medvedev: “Bu mövsüm qrupdan çıxmaq üçün yaxşı imkanımız var”

“Vaxtilə Avropa Liqasında qrupdan çıxmağa yaxın idik, alınmadı. Bu mövsüm bunun üçün yaxşı imkanımız var”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev Norveçin “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi qrupdakı mübarizəyə qələbə ilə başlamaq istədiklərini bildirib: “Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq. Uğurumuzu irəli daşımaq üçün əlimizdən gələni edəcəyik. Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.

Futbolçu son vaxtlar az oynadığını etiraf edib: “Amma daim komanda ilə bir yerdəyəm. Özümü zədələrdən qorumağa çalışıram. Uzun müddət oynamasam da, təcrübəm var. Özümü həmişə oyunda iştirak edirmiş kimi görürəm. Qalan hər şeyi məşqdə götürməyə çalışıram”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Azərbaycan millisinin futbolçusu: "Almaniya klubunda düşmənçilik gördüm"

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
Bu gün Azərbaycan derbisi keçiriləcək

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub