Azərbaycan Premyer Liqası: “Zirə” 7 ildir Qəbələdə qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqası: “Zirə” 7 ildir Qəbələdə qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”nin qonağı olacaq “Zirə” 7 ildir rəqibinə səfərdə qalib gələ bilmir.

“Report”un məlumatına görə, bakılılar çempionat çərçivəsində indiyə qədər cəmi bir dəfə Qəbələdən 3 xalla dönməyi bacarıblar.

Bu, 2016-cı ilin martına təsadüf edib. 2015-ci ildən elitada mübarizə aparan “Zirə” Qəbələ səfərində çıxdığı son 13 duelin 7-də heç-heçə etməklə yadda qalıb. Digər 6 matçda meydan sahibləri qələbə qazanıblar. Doğma arenadakı qarşılaşmalarda top fərqi də bölgə təmsilçisinin xeyrinədir - 17:10.

Ümumiyyətlə, “Qəbələ” ilə “Zirə” sentyabrın 2-də Premyer Liqa çərçivəsində 32-ci dəfə üz-üzə gələcəklər. Burada da üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Bölgə təmsilçisinin 11 qələbəsinə qəsəbə klubu 6 qalibiyyətlə qarşılıq verib. Digər 14 matç "sülh" ilə yekunlaşıb.

Bu komandaların duelində ən çox 1:1 hesabı qeydə alınıb. 8 görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Bunun isə 5-i Qəbələdəki matçda baş tutub.

Cəmi 3 qarşılaşmada böyükhesablı nəticəyə rast gəlinib. Hər üç halda “Qəbələ” rəqibini 3 cavabsız qolla üstələyib. Bunun ikisi paytaxtda yaşanıb. “Zirə” 6 qələbənin 5-ni bir top fərqi ilə qazanıb. “Qartallar” “Qəbələ” üzərində ən böyükhesablı qalibiyyəti 2021-ci ildə evdə qazanıblar - 2:0.

“Qəbələ” son 5 duelin hamısında rəqibini meydanın mərkəzinə dəvət etməyi bacarıb. Rəşad Sadıqovun yetirmələri axırıncı dəfə ilyarım əvvəl – 2022-ci ilin martında “Qəbələ” önündə qapısının toxunulmazlığını qoruya biliblər.

Səkkiz illik rəqabətdə baş tutan 31 oyunda qapılara ümumilikdə 65 qol vurulub. Bunun 38-i “Qəbələ”nin, 27-si isə “Zirə”nin hesabındadır.

Qeyd edək ki, sentyabrın 2-də Qəbələdə keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 18:00-da başlayacaq. Hazırda “Zirə” 12 xalla turnir cədvəlinə başçılıq edirsə, xal qazana bilməyən “Qəbələ” sonuncu pillədədir.

Futbol
De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

De Brüyne "Mançester Siti"də yeni rekorda imza atıb

Futbol
"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Futbol
DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib

Futbol
“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub