"Sabah"ın baş məşqçisi: "Partizan" böyük təcrübəyə malikdir"

"Sabah"ın baş məşqçisi: "Partizan" böyük təcrübəyə malikdir"

"Rəqib böyük təcrübəyə malik komandadır".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Serbiyada "Partizan"a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis penaltilər seriyasında uduzduqları üçün təəssüfləndiyini bildirib: "Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi".

Musayev əlavə vaxtda sərgilədikləri oyundan razı qaldığını vurğulayıb: "Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi.

"Partizan"ı növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qalib gəlmək istəyirik"

Futbol
Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Futbol
DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək