Samir Əliyev: "Ümid həmişə var, seçmə mərhələdə ən yaxşısını etməyə çalışacağıq"

Samir Əliyev: "Ümid həmişə var, seçmə mərhələdə ən yaxşısını etməyə çalışacağıq"

"Ümid həmişə var. Məşqçilər korpusu və komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə, keyfiyyətli oyun sərgiləməyə və xallar toplamağa çalışacağıq".

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi haqqında danışarkən deyib.

44 yaşlı mütəxəssis heyət qurmaq baxımından problemlərlə üzləşdiklərini bildirib: "Eyni hal klublarımızda, yığmalarda da yaşana bilər. Buna baxmayaraq ən hazırlıqlı olanları toplanışa cəlb edəcəyik. Seçmə mərhələyə uğurlu start vermək istəyirik".

Əliyev U-21-in üzvlərinin əsasən I Liqa və əvəzedicilərdə çıxış etdiyini xatırladıb: "Azərbaycan Premyer Liqası və əvəzedicilərin yarışı yeni başlayıb. Əsas çempionatda oyunçularımız elə də çox deyil. Turnirləri izləyirik və futbolçuların hazırlıq durumuna baxırıq. Sentyabrın 4-də təlim-məşq toplanışı başlayacaq. Buna qədər vaxtımız var. Daim oynayan və yaxşı formada olanları dəvət etmək niyyətindəyik. I Liqada futbolçularımız var. Təəssüf ki, həmin yarış hələlik başlamayıb və bu da sözsüz ki, milli üzvlərinin oyun praktikasına təsir edəcək".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə F qrupunda mübarizə aparacaq. Komanda ilk matçını sentyabrın 12-də səfərdə Serbiyaya qarşı keçirəcək.

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

DÇ-2022: İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Futbol
DÇ-2022 Messinin sonuncu mundialı olacaq

DÇ-2022 Messinin sonuncu mundialı olacaq

Futbol
Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Futbol
"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"