“Valensiya” mövsümə Avropa Liqasının çempionuna qalib gələrək start verib

“Valensiya” mövsümə Avropa Liqasının çempionuna qalib gələrək start verib

İspaniya La Liqasının birinci turunda “Sevilya” öz meydanında “Valensiya”nı qəbul edib.

“Report” xəbər verir ki, Ramon Sançes Pisxuan stadionunda baş tutan matçın taleyi son dəqiqələrdə həll olunub.

Oyunda hesabı qonaqlar açıb. 60-cı dəqiqədə Muktar Diakabi Andre Almeydanın ötürməsindən sonra komandasını irəli çıxarıb. Cəmi 9 dəqiqə sonra Susonun ötürməsi ilə Yussef En-Neseri status-kvonu bərpa etsə də, bu, xal qazanmaq üçün yetərli olmayıb. Belə ki, 81-ci dəqiqədə “Sevilya” azlıqda qalıb: Loik Bade qırmızı vərəqə alaraq meydanı tərk edib. Azlıqda qalan rəqibə təzyiqini artıran “Valensiya” son dəqiqələrdə hesabı öz xeyrinə dəyişə bilib. 88-ci dəqiqədə Xaviyer Querra topu qapıya göndərib. Ona məhsuldar ötürməni isə Uqo Duro edib. Hakim Xose Mariya Sançesin əlavə etdiyi 11 dəqiqə də ev sahibi komandasına yardımçı olmayıb. Beləliklə, “Sevilya” – “Valensiya” matçı qonaqların 1:2 qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, 2022/2023 mövsümünün sonunda “Sevilya” 12-ci pillədə qərarlaşsa da, eyni dönəmdə Avropa Liqasının qalibi olub və bu səbəbdən cari mövsümdə Çempionlar Liqasında çıxış edəcək. “Valensiya” isə ötən mövsüm liqanı 16-cı sırada bitirib.

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Futbol
UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

Futbol
Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

"Barselona" futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Emin Mahmudov millidəki qol sayına görə ikinci pilləyə şərik olub

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib