Şenol Günəş: “Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var”

Şenol Günəş: “Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var”

“Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var”.

“Report”un məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis “Neftçi Arena”da baş tutan matçdan sonra komandasının çıxışını dəyərləndirib: “Gözəl oyunla qələbə qazanmaq və evə üstünlüklə dönmək istəyirdik. Bunu da bacardıq. Həm oyuna hakim olduq, həm də istədiyimiz nəticəni əldə etdik. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçularımız formada deyil. Son 15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol “Neftçi”nin gücünü və əhvalını artırdı. Bizim üçün dərslər çıxarılacaq oyun oldu. Belə rəqibə qarşı mütləq ciddi yanaşmaq lazımdır. Gözəl atmosfer var idi. Arena “ağ-qara”ya bürünmüşdü. Gözəl mübarizə oldu”.

O, bir neçə ay əvvəl xeyriyyə matçında qarşılaşdıqları “Sabah”la “Neftçi”ni də müqayisə edib: “Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
Canni De Byazi: "Polşa millisindən bir addım uzaqda idim"

Canni De Byazi: "Polşa millisindən bir addım uzaqda idim"

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Futbol
Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

Futbol
Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb