“Neftçi”nin kapitanı: “Rəqibə öz oyunumuzla cavab verməliyik"

“Neftçi”nin kapitanı: “Rəqibə öz oyunumuzla cavab verməliyik"

“Rəqibə öz oyunumuzla cavab verməliyik".

“QELEBE.AZ”un məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov Bosniya və Herseqovina klubu “Jelezniçar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi mərhələ adlayacaqlarına inandığını bildirib: “Jelezniçar”ı artıq daha yaxından tanıyırıq. Öz oyunumuzu göstərərək meydandan qələbə ilə ayrılmaq istəyirik. Rəqibin oyunçularının ilk görüşdə vaxt uzatmalarına gəlincə, hesabda önə keçdiyimiz zaman vaxt uzatmağı xoşlamıram. Nə rəqibin, nə də bizim bunu etməyimizi istərdim. Çempionat oyunlarımızda da belə hallar olub".

O, növbəti mərhələ barədə indidən düşünmədiklərini vurğulayıb: “Növbəti mərhələdə kiminlə rəqib olmağın bizim üçün fərqi yoxdur. Əsas sabahkı oyundur. İlk növbədə bu mərhələni keçək, sonra növbəti raund barədə düşünmək olar”.

Qeyd edək ki, avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Sarayevoda gerçəkləşən ilk matçda 2:2 hesabı qeydə alınıb.

Futbol
Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyunda eksperiment aparmayacağıq"

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
Argentinalı futbolçu dünya çempionluğu medalını klub muzeyinə bağışladı

Argentinalı futbolçu dünya çempionluğu medalını klub muzeyinə bağışladı

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

"Sabah" komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”