Nermin Başiç: "Futbolçularım "Neftçi"yə qarşı əsl döyüşçü kimi oynadılar"

Nermin Başiç: "Futbolçularım "Neftçi"yə qarşı əsl döyüşçü kimi oynadılar"

"Futbolçularımla fəxr edirəm. Rəqibə qarşı əsl döyüşçü kimi oynadılar".

"Report"un məlumatına görə, bunları "Jelezniçar"ın baş məşqçisi Nermin Başiç Bosniya və Herseqovinada "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis son dəqiqələrdə buraxılan qola görə məyus olduğunu gizlətməyib: "Avropada müdafiə olunmağı öyrənmək üçün əziyyət çəkməlisən. Sonadək bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".

"Nefçi"nin texniki cəhətdən güclü komanda olduğunu bildirən çalışdırıcı "ağ-qaralar"a çox qol şansı vermədiklərini söyləyib: "Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Futbol
FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"