PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

"İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir".

"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev "Badamlı" şirkəti ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində deyib.

PFL rəsmisi yeni anlaşmanın da məhz buna hesablandığını bildirib: "Büdcənin doğru idarə edilməsi üçün əlimizdən gələni edəcəyik. Sponsorların çox olması azarkeşlərin də futbola marağını artıracaq. Futbolumuz üçün düşərli olacağına inanıram. Ümid edirəm ki, əməkdaşlıq növbəti mövsümlərdə də davam edəcək. Sözləşmə hələlik bir illikdir. Maliyyə detallarını isə açıqlamaq istəmirik".

Aslan Şahgəldiyev
Aslan Şahgəldiyev

Şahgəldiyev "Kəpəz" komandasının Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirə bilməsinə də toxunub: "Kəpəz”də olan infrastruktur problemləri hamıya bəlli idi və bir daha bu məsələ ilə bağlı ətraflı danışmaq istəmirəm. Məlum məsələlərdən Gəncə təmsilçisi bütün oyunlarını səfərdə keçirirdi və bundan əlavə, xərclər məsələsi də var idi. Komandaların səfərə getməsi, oteldə qalması, bunlar hamısı müəyyən qədər maddiyyat tələb edir. Təhlükəsizliklə bağlı müvafiq rəy verilməmişdi, buna görə də klubun ev oyunlarını öz meydanında keçrimək icazəsi yox idi. Lakin sonradan "Kəpəz" bizə rəy təqdim etdi və stadion ikinci dəfə təftiş olundu. Yalnız bundan sonra arenanın birinci yarısına azarkeşlərin girişinə icazə verildi. Amma məsələ təkcə stadionun təhlükəsizlik məsələsi deyil, paltardəyişmə, hakimlər və dopinq otağı, jurnalistlər üçün mətbuat konfransı zalı, media sektoru, istilik sistemi və s. məsələlər yerində təftiş olundu".

Vitse-prezident PFL əməkdaşlarının növbəti dəfə Gəncəyə yollandığını və ciddi yoxlamalar apardığını sözlərinə əlavə edib: "Klub lazımi işləri görmüşdü. Demək olar ki, bəzi kosmetik işləri saymasaq, hər şey hazır idi, onlar da oyunadək aradan qaldırılmalıdır".

Şahgəldiyev Gəncə şəhər stadionunda işıqlandırma sistemindəki problemə də toxunub: "İşıqlandırma ilə bağlı problem təkcə “Kəpəz”də deyil, Tovuz və Şamaxı şəhər stadionlarında var. İndi matçları erkən saatalara təyin edib təbii işıqdan yararlana bilirik, amma məsələn, 1-2 ay bundan qabaq isti hava şəraitində bunu edə bilmirdik. İşıqlandırma məsələsini müzakirə edəcəyik. Amma bu, əsasən klubların üzərinə düşən öhdəlikdir və o qədər də ucuz başa gələn bir sistem deyil. Hazırda məsələ ilə bağlı PFL-in idarə heyətində müzakirələr gedir, müvafiq qərar qəbul olunandan sonra ictimaiyyətə açıqlama veriləcək".

Vitse-prezident son olaraq oyunların çəkilişi ilə bağlı da problemlərin olduğunu diqqətə çatdırıb: "Azarkeşlər oyunlara gəlsə də, yayımçı şirkət məcburiyyətdən elə yerdən çəkir ki, tərəfdarlar görsənmir. Tovuz şəhər stadionunda və “Azərsun Arena”da belə problemlər var, çalışırıq onları da aradan qaldıraq".

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb

Futbol
"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Futbol
Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb

Rusiyalı baş məşqçi Azərbaycanı Ermənistandan üstün tutduğunu açıqlayıb